dini radikalizm və ekstremizmlə mübarizə

Mahir Şükürov bir milyon lirədən imtina etdi

Mahir Şükürov bir milyon lirədən imtina etdi
Türkiyənin II liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan verib.

O bildirib ki, 2014/2015-ci il mövsümündə komandalarında oynayan Şükürova 1,5 milyon lirə borcları olub. Əldə olunan razılığa görə, Mahir 1 milyon türk lirəsindən imtina edib. Klub ona yalnız 500 min lirə ödəyəcək:

“Biz Mahirə 500 min lirə ödəyərək bu gün silinməli olan xallarımızın qarşısını kəsdik. Şükürova bu hərəkətinə görə çox təşəkkür edirəm. İdman həyatında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Mahir Şükürov 2014-2015 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib.

Mahir Şükürov bir milyon lirədən imtina etdi

Oxunub: 1 309
Oxşar xəbərlər
SON XƏBƏRLƏR