dini radikalizm və ekstremizmlə mübarizə

Millimiz dünya reytinqində xalını artırdı

Millimiz dünya reytinqində xalını artırdı
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Avropa çempionatında keçirilən oyunlardan sonra son siyahının ilk “10-luğ”unda dəyişikliklər baş verib.

Hazırda 10-cu sırada yer alan millimizin mövqeyində dəyişiklik olmasa da, xal hesabı artıb.

Avropa çempionatında iki matç keçirən komandamız qarşılaşmaların birində Fransaya qalib gəlib (5:3), digərində isə İspaniyaya uduzub (0:1).

Bu nəticələrdən sonra millimiz aktivinə bir xal əlvə edib. Millimizin hesabında artıq 1455 xal var.

Siyahıya isə Braziliya başçılıq edir - 1931 xal.

Cənubi amerikalıları AÇ-2018-in qrup mərhələsində Azərbaycan yığmasını məğlub edən İspaniya izləyir - 1859 xal.

1703 xala malik turnirin yarımfinalçısı Rusiya ilk “3-lüy”ü qapayır.

1. Braziliya - 1933

2. İspaniya - 1859

3. Rusiya - 1703

4. Argentina - 1691

5. İran - 1634

6. Portuqaliya - 1600

7. İtaliya - 1552

8. Qazaxıstan - 1513

9. Ukrayna - 1506

10. Azərbaycan - 1454

Oxunub: 940
Oxşar xəbərlər
SON XƏBƏRLƏR