» » "Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırıb

"Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırıb

  • 23-01-2018, 18:18
  • idman
  • 331
"Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırıb
"Səbail" klubu Moldova yığmasının futbolçusu Yevgeni Koçuku baxışa çağırıb.

"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi hazırda "Səbail"in Türkiyə toplanışında Ukrayna təmsilçisi "Çernomorets"lə yoxlama matçında start heyətində yer alıb.

Qeyd edək ki, Yevgeni Koçuk 2012 - 2016-cı illərdə vətənində "Daçiya"nın formasını geyinib. 2016-cı ildə Slovakiyanın "Jilina" klubuna keçən yarımmüdaçi burada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub və ölkə çempionatının qızıl medalını qazanıb. O, 2015-ci ildən etibarən Moldova yığmasının heyətində 4 oyun keçirib.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829