dini radikalizm və ekstremizmlə mübarizə

“Ərənlər at belinə” sonuncu at yarışı təşkil edildi

“Ərənlər at belinə” sonuncu at yarışı təşkil edildi
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində sonuncu at yarışını təşkil edib.

Layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılmasıdır.

Layihə çərçivəsində “Mustanq” atçılıq klubunda “İdeal atçılıq” klubunun üzvləri arasında sonuncu yarış təşkil olunub. Yarışda “Mustanq” atçılıq klubunun nümayəndələri, Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev, Heydər Əliyev Mərkəzin direktoru Aygün Həsənzadə, layihənin təlimçisi Afərin Namazova iştirak ediblər. Qeyd edək ki, yarışları tibb məntəqələrinin ambulator maşını izləyib.

Yarışlarda böyük həvəslə iştirak edən yeniyetmələr düz və maneəli qaçışları nümayiş etdiriblər, atüstü manevrlər ediblər.

Sonda gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Yarış zamanı fəal iştirak edən gənclərə diplomlar və hədiyyələr təqdim olunub.


Günay Bağırlı
Mətbuat katibi

“Ərənlər at belinə” sonuncu at yarışı təşkil edildi
“Ərənlər at belinə” sonuncu at yarışı təşkil edildi
“Ərənlər at belinə” sonuncu at yarışı təşkil edildi
“Ərənlər at belinə” sonuncu at yarışı təşkil edildi

Oxunub: 977
Oxşar xəbərlər
SON XƏBƏRLƏR