dini radikalizm və ekstremizmlə mübarizə

Futbolçudan Azərbaycanı söyənlərə cavab - Foto

Futbolçudan Azərbaycanı söyənlərə cavab - Foto
Tehranın “Perspolis” futbol komandasının azərbaycanlı oyunçusu Əhməd Kamdar “Perspolis” və “Traktor” komandaları arasında keçirilən görüşdə fars irqçilərinin türk millətinə qarşı təhqiramiz hərəkətlərinə cavab verib.

Axar.az xəbər verir ki, futbolçu köynəyinin üstünə “Ana yurdum Azərbaycan” şüarı yazdırıb.

Ə.Kamdar “Ana yurdum Azərbaycan” şüarı yazılmış köynəklə meydana çıxaraq, özünü Azərbaycan və “Traktor” tərəfdarlarından ayrı hesab etmədiyini nümayiş etdirib.

Qeyd edək ki, 2017-ci il dekabrın 29-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traktor” komandaları arasında keçirilən görüşdə meydan sahibinin tərəfdarları Azərbaycanın ünvanına təhqiramiz söyüş və şüarlar səsləndiriblər.

Oxunub: 801
Oxşar xəbərlər
SON XƏBƏRLƏR