» » "Spartak" azərbaycanlı futbolçunu "Rostov"a icarəyə verəcək

"Spartak" azərbaycanlı futbolçunu "Rostov"a icarəyə verəcək

  • 8-01-2018, 16:20
  • idman
  • 16
"Spartak" azərbaycanlı futbolçunu "Rostov"a icarəyə verəcək
Rusiya "Anji"sindən ayrılan əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

"Report"un "Sport-Ekspress"ə istinadən verdiyi məlumata görə, müqavilə üzrə Moskva "Spartak"ına məxsus 21 yaşlı yarımmüdafiəçi "Rostov"a icarəyə veriləcək.

20 turdan sonra 19 xalı olan "Anji" Premyer Liqada 15-ci, 25 xala malik "Rostov" isə 10-cu yerdə gedir. Mahaçqala təmsilçisi Quliyevlə yollarını qarşılıqlı razılıq əsasında ayırıb.

Qeyd edək ki, Ayaz Quliyev Azərbaycan millisinə namizəd futbolçulardandır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031