» » “Qəbələ” komandası qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

“Qəbələ” komandası qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

  • 5-01-2018, 09:49
  • idman
  • 265
“Qəbələ” komandası qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
“Qəbələ” futbol komandası qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

“Report” xəbər verir ki, “qırmızı-qaralar” yeni ildə hazırlıq keçməkdən ötrü Antalya bölgəsinə üz tutan ilk Azərbaycan klubudur.

Komanda üzvləri saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından qonşu ölkəyə yola düşüb. Onların arasında yeni transfer Təmkin Xəlilzadə ilə yanaşı, əvəzedici heyətdən dəvət olunmuş Abbas Ağazadə, Faiq Hacıyev və Əmrah Zülfüqarlı da var. Komandanı tərk edən Endi Hallideylə Deyv Bulthuis istisna olmaqla, digər legionerlər komandaya birbaşa Antalyada qoşulacaqlar.

"Qəbələ"nin hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ yanvarın 17-dək davam edəcək. Bu müddətdə Lara qəsəbəsindəki "Trendy Lara" otelində məskunlaşacaq "qırmızı-qaralar" üç yoxlama oyunu keçirəcəklər. Yanvarın 10-da rəqib Türkiyənin "Akhisar Bələdiyyəspor”, yanvarın 14-də Qazaxıstanın "Atırau", yanvarın 17-də isə İsveçrənin "Sürix” komandası olacaq.

Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. "Qırmızı-qaralar” fevralın 3-dək davam edəcək hazırlıq prosesi müddətində daha 4 yoxlama görüşünə çıxacaqlar. "Qəbələ" yanvarın 24-də Makedoniyanın "Rabotniçki”, yanvarın 27-də Rusiyanın "Arsenal” (Tula), yanvarın 31-də Çexiyanın "Bohemians”, fevralın 3-də Makedoniyanın "Şkendiya” komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" da qış təlim-məşq toplanışını əvvəldən sonadək Antalyada keçirəcək. Ağdam komandası yanvarın 9-dan fevralın 4-dək qonşu ölkədə olacaq. Digər 6 klub isə bir müddət Bakıda hazırlıq keçdikdən sonra Türkiyəyə üz tutacaq. Bundan başqa Azərbaycan milli komandası yanvarın 25-dən fevralın 2-dək yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Antalya bir araya gələcək. Toplanışın son günündə Gürcüstan millisi ilə yoldaşlıq görüşü keçirəcək yığmanın daha bir oyunu nəzərdə tutulub.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829