» » Çingiz Hüseynzadə Rusiya yığmasının olimpiadaya buraxılmamasına münasibət bildirib

Çingiz Hüseynzadə Rusiya yığmasının olimpiadaya buraxılmamasına münasibət bildirib

  • 19-12-2017, 10:41
  • idman
  • 93
Çingiz Hüseynzadə Rusiya yığmasının olimpiadaya buraxılmamasına münasibət bildirib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Rusiya yığmasının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarından kənarlaşdırılma məsələsinə münasibət bildirib.

Ç.Hüseynzadə "Report"a açıqlamasında Beynəlxalq Olimpiya Komitəsinin (İOC) qərarının MOK daxilində müzakirə olunmadığını diqqətə çatdırıb. Bu səbəbdən, qurum rəsmisi məsələyə dair şəxsi mövqeyini açıqlayıb. Onun fikrincə, qərar bundan da pis ola bilərdi: "Yəni, Rusiya idmançılarını olimpiadaya, ümumiyyətlə buraxmaya bilərdilər. Amma kompromis variant tapılıb. Buna Rusiya tərəfi də, hamı da razıdır".
Qeyd edək ki, dekabrın 5-də İOC Rusiya yığmasının Pxençxan Qış Olimpiya Oyunlarından kənarlaşdırılmasına dair qərar qəbul edib. Qonşu ölkə idmançıları olimpiadada yalnız neytral statusda çıxış edə bilərlər. Sayca XXIII olimpiada 2018-ci il fevralın 9-dan 25-dək keçiriləcək.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728