» » Azərbaycanlı FİFA referilərinin yeni il üçün siyahısı açıqlanıb

Azərbaycanlı FİFA referilərinin yeni il üçün siyahısı açıqlanıb

  • 16-12-2017, 11:44
  • idman
  • 20
Azərbaycanlı FİFA referilərinin yeni il üçün siyahısı açıqlanıb

UEFA beynəlxalq dərəcəli futbol hakimlərinin 2017-2018 mövsümünün ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik baş verməyib.

Əliyar Ağayev yenə ikinci kateqoriyada qalıb. Rəhim Həsənov və Ömər Paşayev isə üçüncü kateqoriyalılar siyahısında yer alıb. Xaqani Məmmədov bir müddət əvvəl azərbaycanlı FİFA referilərinin sayının dördə çatdırılmasının mümkünlüyünü bildirsə də, bu, baş verməyib.

Futzal üzrə FIFA referilərindən Elçin Səmədli birinci, Ramil Namazov, Yusif Nurullayev və Hikmət Qafarlı üçüncü kateqoriyalıdırlar.

Qadın FİFA referilərinə gəldikdə, Yuliya Qurbanova və Səbayel Qurbanova üçüncü kateqoriyada saxlanılıblar.

Siyahıda dəyişikliklər və yeni FİFA referiləri də yer alıb. İngiltərəli Entoni Teylor və Maykl Oliver elit, isveçli Andreas Ekberq birinci kateqoriyaya keçib. Ekberq siyahıdan çıxan həmyerlisi Stefan Yohanessonu əvəzləyib. İkinci və üçüncü kateqoriyalara isə yeni referilər əlavə olunub.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031