» » “Qalatasaray” üç futbolçu ilə vidalaşır

“Qalatasaray” üç futbolçu ilə vidalaşır

  • 15-12-2017, 11:18
  • idman
  • 89
“Qalatasaray” üç futbolçu ilə vidalaşır
“Qalatasaray” qış transfer dövründə heyətində dəyişikliklər etmək niyyətindədi.

Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu bəzi futbolçularla yolları ayırmağa qərar verib.

“Qara siyahı”ya 3 legionerin adı daxil edilib. “Sarı-qırmızılılar”ın gələcək planlarına daxil olmayan oyunçuların sırasında komandadan uzaqlaşdırılan Naycel de Yonqla yanaşı, Rayan Donk da var. Göndəriləcək digər futbolçu isə Yasmin Latovleviçi və Martin Linnesdən biri olacaq.

Əvəzində diqqətlər başqa 3 əcnəbi oyunçuya yönəlib. Hazırda “Atletiko”nun müdafiəçisi Filipe Luis, “Yuventus”un formasını geyinən Kvadvo Asamoa və “Şalke”nin üzvü Yevgen Konoplyanka ilə danışıqlar aparılır.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqasının cari mövsümündə 15 turdan sonra 32 xal toplayıb və turnir cədvəlində birincidi.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031