» » Qurban Qurbanov yenə “ən yaxşı”dır

Qurban Qurbanov yenə “ən yaxşı”dır

  • 13-12-2017, 15:43
  • idman
  • 17
Qurban Qurbanov yenə “ən yaxşı”dır

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb.

Ali nominasiya
İlin məşqçisi - Qurban Qurbanov

Nominasiyalar üzrə qaliblər bunlardır:
İlin idman xadimi – Tahir Gözəl, “Qarabağ”ın vitse-prezidenti
İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu
İlin əcnəbi idmançısı – Dino Ndlovu, “Qarabağ”ın futbolçusu
İlin futbolçusu – Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı
İlin komandası (futbol və digər) - “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası
İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi
İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları
İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

Xüsusi mükafatlar:

ALOV - tədbirə verdiyə dəstəyə görə təşəkkürnamə
Futbol+ 20 - Fəxri fərman
İlin idman verilişi - 3-cü hissə
İlin fəal fotoqrafı - Firudin Səlimov
İlin idman qurğusu – Bakı Olimpiya Stadionu
Media ilə sıx əməkdaşlığa görə - Nurlan İbrahimov, “Qarabağ” klubunun mətbuat katibi
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031