» » ÇL-də yekun - “Qarabağ” hansı klubları üstələdi?

ÇL-də yekun - “Qarabağ” hansı klubları üstələdi?

  • 7-12-2017, 10:57
  • idman
  • 25
ÇL-də yekun - “Qarabağ” hansı klubları üstələdi?

Dünən Çempionlar Liqasının qrup mərhələsinə yekun vuruldu.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz “Qarabağ”ın iştirakından sonra bizim üçün də əlamətdar olan turnirdə ağdamlılar qrup mərhələsini 2 xalla başa vurdu.

Qurban Qurbanovun yetirmələri bu göstərici ilə 32 komandanın 2-dən daha yaxşı nəticə göstərmiş oldu. Belə ki, Portuqaliya çempionu “Benfika” 0, Yunanıstan çempionu “Olimpiakos” isə qitə yarışlarını 1 xalla yekunlaşdırdı. “Monako” (Fransa), “Borussiya” (Dortmund, Almaniya) və APOEL (Kipr) isə “Qarabağ”la eyni sayda - 2 xal toplayaraq ÇL-lə vidalaşıb. Adıçəkilənlərdən yalnız APOEL-in top fərqi “Qarabağ”dan pisdi. Belədə ağdamlıları cari turnirdə 29-cu pillədə başa vurmuş sayılır.

Turnirdə cəmi 2 qol vuran “Qarabağ” bu baxımdan yalnız “Benfika”nı üstələyir. Portuqaliyalılar cəmi 1 dəfə fərqlənib. APOEL də “Qarabağ”la eyni sayda – 2 qol vursa da, “atlılar”ın top fərqi -12, kiprlilərinki isə -15-di.

Qapısında 14 buraxan “Qarabağ” bu baxımdan “Seltik” (18), “Anderlext” (17), “Maribor” (16) və APOEL-dən (17) daha az məyus olub. “Benfika” və “Feeynord” (Hollandiya) isə təmsilçimizlə eyni sayda qol buraxıb.

Göründüyü kimi Avropanın, bəlkə də dünyanın ən yüksək səviyyəli klub turniri olan ÇL-də Almaniya, Fransa, Portuqaliya, Belçika kimi nəhəng ölkələrin təmsilçiləri belə “Qarabağ”la eyni və ya ondan aşağı nəticə göstərə bilib. Ağdamlıların “ölüm qrupu”nda yer aldığını nəzərə alsaq, Qurbanovun komandasının yekunda heç də pis təsir bağışlamadığını demək olar.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031