» » Bu gün Dünya Çempionatının püşkü atılır

Bu gün Dünya Çempionatının püşkü atılır

  • 1-12-2017, 10:36
  • idman
  • 30
Bu gün Dünya Çempionatının püşkü atılır
Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək.

Modern.az xəbər verir ki, püşkatma mərasimi Moskvadakı Kreml Sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Püşkatma mərasiminin aparıcıları ingiltərəli veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar.

Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq.


Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:


A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031