» » Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start veriləcək

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start veriləcək

  • 19-11-2016, 11:13
  • idman
  • 166
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start veriləcək
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, IV tur 1 qarşılaşma ilə başlayacaq.

Günün yeganə matçında “Azəryol” “Telekom”la üz-üzə gələcək. Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favoritdi. İlk dövrədə uduzmayan “rabitəçilər” bu dəfə də 3 xala ümid edirlər. Onlar qələbə sayəsində liderliyi də möhkəmlədəcəklər.

Amma “Azəryol”un asanlıqla təslim olacağı da gözlənilən deyil. Eldar Yusubovun yetirmələrinin I dövrədə olduğu kimi, rəqibinə çətin anlar yaşadacağı istisna deyil.

Qeyd edək ki, turun “Lokomotiv” – “Azərreyl” matçı təxirə salınıb. Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı.

IV tur
19 noyabr

16.00. “Azəryol” - “Telekom”
“Azərreyl” Voleybol Mərkəzi
İlk dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728