» » “Qəbələ” Avropa Liqasında “Anderlext”ə məğlub olub

“Qəbələ” Avropa Liqasında “Anderlext”ə məğlub olub

  • 16-09-2016, 10:53
  • idman
  • 256
“Qəbələ” Avropa Liqasında “Anderlext”ə məğlub olub Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.
Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib. “Qırmızı-qaralar” “Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər.
Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.
Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.
Avropa Liqası
Qrup mərhələsi. I tur
15 sentyabr
“Anderlext” – “Qəbələ” - 3:1
Qollar: Teodorşuk, 14, Rafael Santos (öz qapısına), 41, Kapel, 77 - Dabo, 20
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)
"Konstant Vanden Stok" stadionu
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728