» » Məşhur tennisçi vəfat etdi

Məşhur tennisçi vəfat etdi

  • 20-11-2017, 16:05
  • idman
  • 35
Məşhur tennisçi vəfat etdi

Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib.

Djb.az APA-ya istinadən xəbər verir ki, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Neçə vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.

2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.

Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031