» » Dieqo Simeone: "Qarabağ"la heç-heçə bizim üçün gözlənilməz nəticə oldu

Dieqo Simeone: "Qarabağ"la heç-heçə bizim üçün gözlənilməz nəticə oldu

  • 18-10-2017, 23:06
  • idman
  • 56
Dieqo Simeone: "Qarabağ"la heç-heçə bizim üçün gözlənilməz nəticə oldu

İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone Bakıda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra mətbuat konfransı keçirib.

Djb.az Report-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis birbaşa sualları cavablandırıb.

Gözlənilməz nəticə idi. Niyə belə oldu?

- Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın üzərində təzyiq yaratdı. Xal itirmək qorxusu yarandı ki, sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

“Qarabağ”ın oyunu barədə nə deyə bilərsiniz?

- Rəqibin heyətində əsasən, qapıçının (İbrahim Şehiç. - red) oyununu fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini zərərsizləşdirdi. Bundan əlavə, “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı.

Komanda bu gün hərəkətsiz görünürdü. Bu gün “Atletiko”da nə çatışmırdı?

- Bu fikirlə razı deyiləm. Komandada fiziki çatışmazlıq yoxdur. Sadəcə, yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da ikinci hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik.

Necə düşünürsünüz, bu gün “Qarabağ” 1 xal qazandı, yoxsa “Atletiko” iki xal itirdi?

- Buna cavab verə bilmirəm. Tənqidçi jurnalistlər var, bu suala onlar cavab verə bilərlər. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da onlarda alınmadı.

“Atletiko” 4 oyundur qələbə qazana bilmir. Bu oyunlarda gücünə görə yalnız “Barselona”nı xüsusi fərqləndirmək olar. Bu göstəricidən narahat deyilsiniz?

- Xeyr, bu, məni narahat etmir. Çünki pis oynamırıq. Futbolçular meydanda mübarizə aparırlar.
Oxşar xəbərlər
AYDIN`ULUSOY-un`Baxış`bucağı
AYDIN`ULUSOY-un`Baxış`bucağı
İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Читать далее
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
Valideynlər! Bu yazıya DİQQƏT EDİN! Uzun illərdir insanlar üzərində aparılan təcrübələr, vurulan peyvəndlər barədə məqalələr Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi, dəfələrlə... - Bakı sakininin Suriya DƏHŞƏTİ Bakı sakini Pərvanə Читать далее
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031