» » “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb

  • 7-11-2016, 16:05
  • idman
  • 188
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb.

Djb.az “Azerispot” saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 11-ci turunun “Zirə” ilə qarşılaşmasına təsadüf edib.

200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi postundakı 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib.

200 qələbədən 151-ci Premyer Liqa çərçivəsində əldə olunub. 10-cu turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, budəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.

“Qarabağ”ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu postdakı debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da “Qarabağ” səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031