» » “Qəbələ” “Zirə”ni sınağa çəkdi

“Qəbələ” “Zirə”ni sınağa çəkdi

  • 10-09-2017, 09:17
  • idman
  • 151
“Qəbələ” “Zirə”ni sınağa çəkdi

Djb.az-ın Report-a istinadla məlumatına görə, turun açılış oyununda “İnter” və ”Kəpəz" komandaları üz-üzə gəlib. Qarşılaşma “İnter”in3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Qəbələ” “Zirə”ni sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. 74-cü dəqiqədə qonaq komandanın futbolçusu Viktor İqbekoyi hesabı açsa da, uzatma dəqiqələrində meydan sahiblərinin kapitanı Cavid Hüseynov penaltidən bərabərlik qolunu vurub. Penalti epizodunda “Zirə”nin baş məşqçisi Ayxan Abbasov və futbolçular etiraz etsələr də, qərar dəyişməyib. Bununla da hər iki komanda çempionatda ilk heç-heçəsini edib. “Zirə” isə ilk dəfə xal itirib.

Tura sentyabrın 10-da keçiriləcək “Sumqayıt”- “Neftçi” matçı ilə yekun vurulacaq. “Qarabağ”ın “Səbail”lə görüşü isə təxirə salınıb.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728