» » Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək

  • 5-11-2016, 10:04
  • idman
  • 210
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk görüşü Gəncədə baş tutacaq. "Kəpəz" Sumqayıtın eyniadlı komandasını qəbul edəcək. Hazırda 11 xalla 5-ci pillədə yer alan "Kəpəz" qələbə sayəsində ən yaxın qonşusu "Zirə" ilə xallarını eyniləşdirəcək. "Sumqayıt" isə səfərdə qalib tərəf olarsa, rəqibini turnir cədvəlində qabaqlayaraq 5-ci pilləyə qalxacaq. Hazırda "Sumqayıt" 9 xalla 6-cıdır.
Komandalar bu günə qədər 13 oyun keçirib. Tərəflər hərəyə 4 dəfə qələbə qazanıb və 5 oyunda heç-heçə qeydə alınıb. "Sumqayıt" 6 oyundur qalib gəlmir. Gəncə klubunun heyətində cəzalı Tural Axundov, Renan da Silva, zədəlilər Şəhriyar Əliyev, Vüqar Bəybalayev və Dario Frederiko yer almayacaq.
Turun növbəti oyununda isə paytaxtın "Neftçi" və "İnter" klubları qarşılaşacaq. 20 xalla ilk üçlüyün son pilləsində qərarlaşan "İnter" səfər qələbəsi sayəsində ikinci pillədəki "Qarabağ"ı qabaqlayacaq və lider "Qəbələ" ilə xal fərqini birə endirəcək. Cari mövsümdə uğursuzluq zolağından ən yaxşı halda xal ehtiyatını 9-a çatdıracaq. Lakin bu da "Neftçi"nin turnir cədvəlində yerini dəyişməsinə kömək etməyəcək.
Bu günədək komandalar arasında baş tutan 48 duelin 21-də "Neftçi" üstün tərəf olub. 13 görüşdə isə "İnter" qələbəni bayram edib. Qalan 14 oyunda qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası, XI tur
5 noyabr
14:30. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
17:00. "Neftçi" - "İnter"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena"
Qeyd edək ki, turun son oyun günündə AZAL "Qəbələ"ni, "Zirə" isə "Qarabağ"ı qəbul edəcək.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728