» » Azərbaycanımızın üçrəngli bayrağını qaldıran idmançılarımız bir gün əzəli, əbədi torpaqlarımızda Qarabağda bayrağımızı dalğalandıracaqlar

Azərbaycanımızın üçrəngli bayrağını qaldıran idmançılarımız bir gün əzəli, əbədi torpaqlarımızda Qarabağda bayrağımızı dalğalandıracaqlar

  • 22-08-2017, 14:31
  • idman
  • 73
Azərbaycanımızın üçrəngli bayrağını qaldıran idmançılarımız bir gün əzəli, əbədi torpaqlarımızda Qarabağda bayrağımızı dalğalandıracaqlar
Adil Aliyev: "Azərbaycanımızın üçrəngli bayrağını Xəzərin o tayında başları üzərinə qaldırmağı bacaran, himnimizi nəhəng arenalarda səsləndirən idmançılarımız bir gün əzəli, əbədi torpaqlarımızda Qarabağda bayrağımızı dalğalandıracaqlar"

Bu cür mötəbər turnirlərin keçirilməsində əsas məqsəd gənc nəsli narkomaniyadan, cinayətkarlıqdan qoruyaraq, onları sağlam və milli ruhda yetişdirmək, Azərbaycan Silahlı Qüvvələrinə sağlam əsgər hazırlamaqdır. Bu gün torpaqlarımızın təcavüzkar ermənilərin işğalı altında olduğunu nəzərə alaraq övladlarımızı daha çevik, daha sağlam yetişdirməliyik. Gənc nəsil təshilə diqqət ayırmaqla yanaşı, gün ərzində idmanla da məşğul olmalıdır. Belə olan halda gələcəyin tanınmış idmançısı olmasa da ən azından özünü müdafiə edəcək gücdə olacaq. Kikboksinq Federasiyasının prezidenti olaraq məktəblərdə, ali təhsil ocaqlarında keçirdiyim görüşlərin hər birində məhz uşaqları bu yöndə yetişdirməyin vacib olduğunu vurğulayıram. Hesab edirəm ki, Ölkə Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu məqsədə uyğun olaraq keçirilən görüşlərdə səsləndirilən fikirlərdən hər kəs özü üçün bir nəticə çıxaracaq. İnanıram ki, Ali Baş Komandanımızın idmançılara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycanımızın üçrəngli bayrağını Xəzərin o tayında başları üzərinə qaldırmağı bacaran, himnimizi nəhəng arenalarda səsləndirən idmançılarımız bir gün əzəli, əbədi torpaqlarımızda Qarabağda bayrağımızı dalğalandıracaqlar.

Djb.az Nuranə Abdullayeva
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930