» » Azərbaycan bayrağını səmalara ucaldanları çirkaba bulamaq istəyənlər xəyənətkarlar deyilmi???

Azərbaycan bayrağını səmalara ucaldanları çirkaba bulamaq istəyənlər xəyənətkarlar deyilmi???

  • 1-08-2017, 15:36
  • idman
  • 586
Azərbaycan bayrağını səmalara ucaldanları çirkaba bulamaq istəyənlər  xəyənətkarlar deyilmi???

Hər gün olduğu kimi yenədə iş başındayıq həmkarım, əməkdaşımız gənc jurnalist Fəridə Nizamiqızının səhər şəxsi poçtuma göndərdiyi mövzu diqqətimi çəkdi. Mövzuda Azərbaycanın qürur mənbəyi olan idmançılarımızdan birindən söz açılırdı. Mövzunu oxudum. Şəxsi tanışlığım olmasa da onu TV kanallarından, mediada verilən informasiyalarda bir çox tədbirlərdə görüb tanıyırdım. Buna baxmayaraq haqsızlığı sevmədiyim üçün bu mövzunu daha da geniş şəkildə hazırlamaq qərarın verdim və Güloğlan Cabbarov haqqında yetərincə məlumat toplamağa çalışdım.
Son günlərdə Kikboksinq Federasiyası vitse prezidenti, Cüdo Federasiyasının veteranlar şurasının sədri, dünya çempionu Azərbaycanı xaricdə təmsil edərək 3 rəngli bayrağımızı qürur hissi ilə dalğalandıran Güloğlan Cabbarov kimdir?
3-dəfə kikboksda Azərbaycan çempionu.
3-dəfə kikboks üzrə dünya çempionu.
1-dəfə uşu-sandoda dünya çempionu.
1-dəfə uşu-sandoda Azərbaycan çempionu.
1-dəfə boksda Azərbaycan ikincisi.
1-dəfə boks və kinq boks üzrə Rusiyada keçirilən beynəlxalq turnirin qalibi.
1-dəfə avropa üçüncüsü.
Azərbaycan millisi ilə komanda hesabına dünya ikincisi.
1976- cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Dünəndə kəndində anadan olub. BDU-nin Hüquq fakültəsini bitirib. Azda olsa oxucularımıza G. Cabbarov haqqında məlumat verdik.
Azərbaycanın fəxr etdiyi oğullarından biri olan Güloğlan Cabbarovun sosial şəbəkədə şəxsi internet səifəsində paylaşdığı fikri bir çox işsizlərin məşğulliyyətinə səbəb olub. Beləki, öz şəxsi paylaşımında söz azadlığından istifadə edərək Nefçi İSM-lə bağlı fikrin yalnış olduğunu bildrmişdi. Paylaşımda kimsənin adı çəkilərək heç bir təhqirə yol verilməməsinə baxmayaraq, bəzi fürsətçilər bəzi hörmətli şəxsləri üz-üzə qoyaraq düşməçilik toxumları səpmək istəyir və Güloğlan Cabarovun illərdi büdrəməsinə zaman gəzərək pusquda duranlar yazılan fikiri yalnış yerə yozmağa cəhd edirlər. Lakin görünən kəndə bələdci lazım deyil. Ən üzücü hal isə bəzi medya nümayəndələrinin qeyri peşəkar atdıqları addımdır. Onlar profesionallığı unudaraq qeyri profisionallıqlarını bir daha həmkarlarına sübut edirlər. Hər zaman yazılarımda tərəfsiz və qərəzsiz olmağa səslədiyim həmkarlarıma üz tutaraq deyirəm. Jurnalistikaya jurnalistika kimi yanaşmayın. Jurnalistika şərəfli bir peşədir, onu bəzilərinin hörmətsiz etməsinə izin verməyin. Söz Allahın bizə əmanətidir, əmanətə xəyanətlə yanaşmayın. Bir insanın əleyhinə düzgün olmayan faktlarla hazırlanan yazı əmanətə xəyanətdir. Söz yerində və zamanında deyilərsə dəyərində qalar. Onlar düşünmürlərmi atdıqları addım nəticəsində bir çox insanların düzəni pozulur, Azərbaycan üçün dəyərli olan bir çox insanları üz-üzə qoyurlar. Yaratdıqlar şou insanları fikirlərində şübhələr doğurmaqla yanaşı bədxaq qonşularımızı sevindirirlər. Dəqiq, qərəzsiz vicdanlı olmağı unudub, qalmaqal yaradaraq özlərini reklam etməyə cəht edirlər.
Bir faktı unudmayaq qəlbində Allah eşqi olan, qanında azərbaycan qanı axan hər bir vətəndaş oda benzin deyil, su tökər.
İnanırıq ki, tezliklə yaran yalnış anlaşılma öz həllini tapacaqdır. Qarşı tərfədə Güloğan Cabbarovu kifayət qədər tanıyr və bilirki kişi, kişiyə sataşmaz və təhqir etməz. Bəzi media nümayəndələri isə bu yaratdıqları şou ilə heç nə əldə etməyəcəklər. Mövzu qıtlığından əziyyət çəkən həmkarlarıma isə üzümü tutataq deyirəm. Qarabağ kimi yaramız var, saysız hesabsız şəhidimiz var. Qarabağ əlilləri var, yazacaq saysız- hesabsız mövzular var. Gəlin şəhidlərimizi unutmayaraq onlardan yazaq, onların unudulmamaları üçün sosial şəbəkələrdə aksiyalar keçirək, ailələrinə dəstəy olaq. Qəlb sevindirək, öz daxilimizdə olan, kənardan bizi hər an izləyərək qanımıza susayan düşmənləri sevindirəcək mövzularla deyil, onları sarsıdcaq mövzularla əsl peşəkar kimi gündəmdə qalmağa çalışağın. Bizlər hər birimiz vətənimizə, xalqımıza, dövlətimizə xidmətimizi bir əsgər olaraq qələmimizi süngü edək. Bir- birimizlə deyil, düşmənlərimizlə mübarizə aparmağa qüvvələrimizi səfərbər edəyin.

Almaz İlahə Əhmədova
Fəridə Nizamiqızı
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930