Главная > hadise > Bakıda oğurluq edən şəxslər saxlanılıb

Bakıda oğurluq edən şəxslər saxlanılıb


22-04-2017, 11:39. Разместил: djbaz
Bakıda oğurluq edən şəxslər saxlanılıb  Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.
DİN-in verdiyi məlumata görə, Xəzər rayon 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 3130 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.

Binəqədi rayon 4-cü PB-nin əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisindəki MMC-lərdən birinin anbarından 2000 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Abdullayev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.
Вернуться назад