Главная > hadise > Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı


26-05-2020, 07:08. Разместил: djbaz

Mingəçevir şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.///trend
Вернуться назад