Главная > hadise > Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var


27-04-2020, 09:50. Разместил: djbaz

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü Oleq Qarkavıyın idarə etdiyi “Hyundai Santafe” avtomobili ilə 1994-cü il təvəllüdlü Əlirza Dilavərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.

Nəticədə “Hyundai Santefe” markalı avtomobilin sürücüsü ölüb, “Ford Transit” markalı avtomobilin sürücüsü Ə. Dilavərov, Ağstafa rayon sakini, 2002-ci il təvəllüdlü Elvin Hacıyev, 2002-ci il təvəllüdlü Sahil Qaçayev, Aleksandr Bıkovskiy xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад