Главная > hadise > Karantin rejimini pozan 25402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Karantin rejimini pozan 25402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib17-04-2020, 11:14. Разместил: djbaz |
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 16.04.2020-ci il saat 00:00-dan 17.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2543 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 25402 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Вернуться назад |