Главная > hadise > DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub

DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub


6-04-2020, 09:05. Разместил: djbaz
DYP: Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub

Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqələri yaradılıb:

"Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb".


Вернуться назад