Главная > hadise > Göygöldə qonşuların davası 4 nəfər xəsarət alıb

Göygöldə qonşuların davası 4 nəfər xəsarət alıb


24-03-2020, 08:46. Разместил: djbaz
Göygöldə qonşuların davası 4 nəfər xəsarət alıb

Göygöldə döylümə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994- cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə iki qonşunun arasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад