Главная > hadise > Bakıda polis maşını qəzaya düşdü

Bakıda polis maşını qəzaya düşdü


19-08-2019, 12:03. Разместил: djbaz
Bakıda polis maşını qəzaya düşdü

Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı BMV markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı VAZ-21 07 markalı avtomobillər toqquşub. Zərbənin təsirindən VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq Gürcüstan vətəndaşı Mürsəl Qurbanovun idarə etdiyi BA 999 KU nömrə nişanlı "Mersedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад