Главная > hadise > Bakı sakini boru rəngləyən zaman yıxılaraq ölüb

Bakı sakini boru rəngləyən zaman yıxılaraq ölüb


13-08-2019, 12:40. Разместил: djbaz
Bakı sakini boru rəngləyən zaman yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Zabrat qəsəbəsində yaşayan 1977-ci il təvəllüdlü Əlişan Kərimov tanışı Zaur Hüseynova məxsus fərdi yaşayış evində boruları rəngləyən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət alan Ə.Kərimov yerindəcə keçinib.

Fakt Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Вернуться назад