Главная > hadise > Daşkəsəndə “NİVA” aşıb, xəsarət alanlar var
Daşkəsəndə “NİVA” aşıb, xəsarət alanlar var29-07-2019, 11:55. Разместил: djbaz |
Daşkəsən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alaxançallı kəndi istiqamətində qeydə alınıb. Belə ki. hərəkətdə olan “NİVA” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər, rayon sakinləri - 1998-ci il təvəllüdlü Mübariz Musayev, 2003-cü il təvəllüdlü Namazova Pərvanə bədənin müxtəlif nahiyələrindən xəsarət aldığından xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan APA-ya hər iki xəstənin vəziyyətinin orta-ağır olduğu bildirirlib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Вернуться назад |