Главная > hadise > Masallıda 100 ədəd çinar ağacı yandı

Masallıda 100 ədəd çinar ağacı yandı


22-07-2019, 15:25. Разместил: djbaz
Masallıda 100 ədəd çinar ağacı yandı

Masallı rayonunun Qızılavar kəndində yanğın olub.

Axar.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ümumi sahəsi 320 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, damına yığılan 8 ton ot bağlamasının 3 tonu və ərazidə 100 ədəd çinar ağacı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Вернуться назад