Главная > hadise > Saatlıda ağır avtoqəza oldu - Ata və iki oğlu xəsarət aldı
Saatlıda ağır avtoqəza oldu - Ata və iki oğlu xəsarət aldı12-06-2019, 10:14. Разместил: djbaz |
Saatlı rayonunda baş verən avtoqəzada ata və 2 oğlu xəsarət alıb. Djb.,az APA-ya istinadən xəbər verir ki, hadisə 21:30 radələrində Saatlı şəhərinin mərkəzində baş verib. "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə birincinin sürücüsü 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu və onun iki oğlu - 2005-ci il təvəllüdlü Aqşin Şirinov və 2004-cü il təvəllüdlü Sübhan Şirinov müxtəlif dərəcəli xəsarətlər alaraq Saatlı rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Saatlı polisi tərəfindən araşdırma aparılır. Вернуться назад |