Главная > hadise > Ötən gün iki rayonda ümumilikdə 36 ton ot tayası yanıb

Ötən gün iki rayonda ümumilikdə 36 ton ot tayası yanıb


3-06-2019, 10:23. Разместил: djbaz
Ötən gün iki rayonda ümumilikdə 36 ton ot tayası yanıb

Zərdab rayonunda “KamAZ” markalı yük avtomobilinin yanar hissələri, banına və qoşqusuna yığılan 32 ton ot bağlamasının 16 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Avşar kəndində isə 30 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад