Главная > hadise > Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb

Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb


23-05-2019, 09:41. Разместил: djbaz
Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

ONA-nın məlumatına görə, hadisə səhər saatlarında magistral yolun 90-cı kilometrliyində - Neftçala rayonu ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus "KaMAZ” markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan Yardımlı sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan Yardımlı rayon sakiləri, 1991-ci il təvəllüdlü Şiraz Mürsəl oğlu Hümbətzadə və 1998-ci il təvəllüdlü Çinarə Mehdi qızı Əsgərzadə Cəlilabad rayon xəstəxanasına yerləşdirlib. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş DYP İdarəsi tərfindən araşdırma aparılır.


Вернуться назад