Главная > hadise > Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb
Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb15-05-2019, 14:27. Разместил: djbaz |
Beyləqan rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 14-də Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağcabədi rayon sakini Məhərrəm Məmmədov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Вернуться назад |