Главная > hadise > İki avtomobil toqquşdu: 4 ölü, 12 yaralı

İki avtomobil toqquşdu: 4 ölü, 12 yaralı


17-04-2019, 12:03. Разместил: djbaz
İki avtomobil toqquşdu: 4 ölü, 12 yaralı
Türkiyənin Qaziantep əyalətində iki avtomobil toqquşub.

Djb.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə İslahiyə-Hasa avtomobil yolunun 20-ci kilometrliyində baş verib. Toqquşmanın şiddətindən maşınlarda olan bəzi sərnişinlər ətrafa səpələniblər.



Qəza nəticəsində 4 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.


Digər sürücülərin çağırışı ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə əməkdaşları gəliblər.


Yaralılara ilkin tibbi yardım edildikdən sonra İslahiyə, Nurdağı və Qaziantepdəki xəstəxanalara aparılıblar.


Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Вернуться назад