Главная > hadise > Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçıb

Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçıb


17-04-2019, 11:59. Разместил: djbaz
Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçıb
Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Djb.az xəbər verir ki, yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum edib. Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, ölən məhbuslardan biridir. Qaçan məhbuslar həbsxananın gözətçi otağında olan silahı götürməyə nail olublar. Hal-hazırda qaçan məhbusların axtarışı üzrə işlər aparılır.
Вернуться назад