Главная > hadise > Ağdaşda həyətində narkotik becərən şəxs tutulub

Ağdaşda həyətində narkotik becərən şəxs tutulub


4-04-2019, 10:19. Разместил: djbaz
Ağdaşda həyətində narkotik becərən şəxs tutulub
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləki qəsəbə sakini 44 yaşlı Azər Məmmədovu saxlayıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman müxtəlif plastik qablarda xüsusi aqrotexniki qaydada əkib-becərdiyi 24 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад