Главная > hadise > Tərtərdə yaşayış evində partlayış olub

Tərtərdə yaşayış evində partlayış olub


14-03-2019, 13:56. Разместил: djbaz
Tərtərdə yaşayış evində partlayış olub

Djb.az-in məlumatına görə, Tərtərdə yaşayış evində partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib. Partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Вернуться назад