Главная > hadise > Bakıda maşın piyadanı vurub öldürdü

Bakıda maşın piyadanı vurub öldürdü


11-02-2019, 10:34. Разместил: djbaz
Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin yolda hərəkət edən naməlum avtomobil 50-55 yaşlı kişini vurub və hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад