Главная > hadise > Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılır - QƏRAR

Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılır - QƏRAR


27-11-2018, 11:18. Разместил: djbaz
Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiqləyib.

Open.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə “Ali məktəblərin hazırlıq şöbələrinin Əsasnaməsi haqqında” 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarında qismən dəyişikliklər və əlavələr edilməsi haqqında” 1994-cü il 8 dekabr tarixli 412 nömrəli və 1993-cü il 23 dekabr tarixli 631 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali məktəblərin hazırlıq şöbələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2013-cü il 2 oktyabr tarixli 271 nömrəli qərarları ləğv edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

Qərara əsasən, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na yeni ixtisas adı daxil edilib.

Qərarla “Bakalavriat səviyyəsi üzrə” bölməsinə “XTB050109 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətrindən sonra “XTB050110 İctimai təhlükəsizlik və idarəetmə” sətri əlavə edilib.
Вернуться назад