Главная > hadise > İki otaqlı ev yandı, bir nəfər öldü - Nəsimi rayonunda

İki otaqlı ev yandı, bir nəfər öldü - Nəsimi rayonunda


6-11-2018, 13:07. Разместил: djbaz
İki otaqlı ev yandı, bir nəfər öldü - Nəsimi rayonunda
Bakıda yanmış evdən meyit tapılıb.

FHN-dən ATV.az-a verilən məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Вернуться назад