Главная > hadise > Bakıda 8 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb

Bakıda 8 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb


4-09-2018, 11:44. Разместил: djbaz
Bakıda 8 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 2010-cu il təvəllüdlü Musayev Seymur Əmirdon oğlunu Zabrat qəsəbəsində minik avtomobili vurub.

Yaralı ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin orada vəziyyəti ağırlaşan uşaq özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Вернуться назад