Главная > hadise > FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb


8-04-2018, 21:01. Разместил: djbaz
FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.

Djb.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Вернуться назад