Главная > hadise > Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb
Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb11-03-2018, 13:13. Разместил: djbaz |
Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb. "Report"un Şirvan bürosu xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir. Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb. Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. Вернуться назад |