Главная > hadise > Quba Rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


8-01-2018, 14:35. Разместил: djbaz
Quba Rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi bıçaqlamaqda təqdirləndirilən Şakir Mədətovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş N.Əmrullayevin məhkəmədə iştirak etmədiyi elan oıunub.

Qeyd edək ki, hadisə ötən il Quba rayonun İkinci Nügədi kəndində baş verib. Həmin kənd sakini, icra hakimiyyətinin şöbə müdiri N.Əmrullayevlə Ş.Mədətov arasında mübahisə torpaq üstündə olub. Nəticədə Ş.Mədətov N.Əmrullayevi bıçaqlayıb.

Ş.Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
Вернуться назад