» » Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib

Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib

Djb.az Report-a istinadən xəbər verir ki, əvvəlcə “99-LF-265” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil digər bir nəqliyyat vasitəsilə toqquşub. Onların arxasınca gələn “20-CE-897” dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb, yük yerində olan qum ətrafa dağılıb.

Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı “Lada” markalı avtomobilə çırpılıb və yoldan çıxıb.

Bildirilir ki, üçüncü qəza “Lada”nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. “Lada” markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.

Qəza zamanı “Kamaz”ın sürücüsü, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Cəmil İsrafil oğlu Həsənov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib
Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib
Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib
Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib
Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib
Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT

Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728