» » Bu il Azərbaycanda 1309 narkoman həbs edildi

Bu il Azərbaycanda 1309 narkoman həbs edildi

Bu il Azərbaycanda 1309 narkoman həbs edildi

Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Oxu.Az-a bildirilib ki, onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Hesabat dövründə 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatdadır. Həmin şəxslərdən 18 yaşa qədər 5 nəfər, 612 nəfər qadın, 183 nəfər toksikoman, 20576 nəfər (459 nəfər qadın) inyeksion narkotik istifadəçisidir. 2016-cı ildə 2142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 6 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil edib ki, onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlanan 1987-ci ildən 01 iyul 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6409 nəfər qeydiyyata götürülüb ki, onlardan 6198-i (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6409 nəfərdən 3001-də (46,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2210(73,6%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3756 nəfər təşkil edib. Onların 1711 nəfəri İNİ olub. 6 ayda isə ART-yə cəlb olunan 218 pasiyentdən 57 nəfərində İNİ aşkarlanıb.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930