» » Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar

Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar

Bakıda gecə qadın müştərisinin evinə gedən taksi sürücüsünün ağzını cırdılar
İyulun 2-nə keçən gecə, saat 2.30-da Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində bıçaqlanma hadisəsi baş verib.
Djb.az-ın Sputnik-ə istinadən verdiyi məlumata görə, ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İlqar İsmayılov 4 nəfərin hücumuna məruz qalıb.

Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alan İlqarın atasının iddiasına görə, oğlunu vuran şəxslərin kimliyi məlum olsa da, hələ də həmin şəxslər polis tərəfindən saxlanılmayıb.

İlqar hadisəni belə nəql edib: “Lökbatanda yaşadığım üçün orada məni çoxu tanıyır. Çox müştərilərim olur. Gündüzlər müştəri olmadığı üçün daha çox gecələr işləyirəm. Bəzi müştərilərimlə münasibət səmimi ola bilir. Bir qadın var, ailəlidir, iki övladı da var. Bu qadının uşaqlarını bir neçə dəfə həkimə aparmışam.

Qaynı ilə münasibətim var, toylarında da olmuşam. İyulun 1-i gecə qadın zəng edib xahiş etdi ki, uşağı üçün qızdırma dərmanı alım. Alıb apardım, qapıdan qadına dərmanı verib, pulu götürəndə arxadan bir neçə nəfər vuraraq məni içəri saldı. Blok qaranlıq olduğu üçün mən orada heç kimi görməmişdim. Məni evə salan kimi bıçaqlamağa başladılar. Əllərim qan içində idi, üzümü çevirəndə üzümdən də vurdular. Qarşımdakıları vurub, əllərindən çıxıb qaçmaq istəyəndə, bir qadın qarşımı kəsib qaçmağıma mane oldu, oğlu da gəlib arxadan tutdu məni. Birtəhər əllərindən çıxıb, özümü pəncərədən çölə atdım”.

Dediyinə görə, onu vuranlar qadının uzaq qohumları olub: “Mənə elə gəlir ki, qadının bu adamlarla nəsə problemi var, onu şərləmək istəyirlər, bu səbəbdən də arada mən qaldım. Mənim o qadınla heç bir münasibətim olmayıb. Mən orada da dedim ki, qadını şərləməyin, aramızda heç nə yoxdur”.

İş hazırda Qaradağ Rayon Polis İdarəsinin 10 saylı Polis bölməsindədir. Aradan 5-6 gün keçməsinə baxmayaraq, polis hələ də cinayətkarları tuta bilməyib.

İlqarın anası Fəridə İsmayılovanın sözlərinə görə, iyulun 2-də İlqarı vuran şəxslərin qohumları onların evinə gəliblər: “4 qadın və bir kişi gəlmişdi. Bizi hədələdilər. Dedilər ki, şikayətinizi geri götürməsəniz, İlqarın başını kəsəcəklər. Bizə hədə-qorxu gəldilər. Hətta oğlan üstümə cumdu. Dedim, 102-yə zəng edəcəyəm, qadınlar oğlanı evdən çıxardılar”.

Fəridə İsmayılova deyir ki, uzun illərdir oğlu taksi fəaliyyəti ilə məşğuldur və bu hadisə olana qədər heç vaxt müştəriləri ilə problem yaşamayıb. Bu hadisə isə qadının gözünü əməllicə qorxudub: “Qızla da danışdım. Dedi ki, onu da incidirlər ki, izahatında İlqarın evə oğru kimi gəldiyini yazsın. Amma qadın izahatında İlqarın günahsız olduğunu bildirib. İndi qadın deyir ki, hadisədən sonra həyat yoldaşından da bir xəbər ala bilmir. İlqarı vuranlar istəyirmiş ki, hadisəni qadının yoldaşı boynuna götürsün, o da imtina edib. O qadın da cavan gəlindi, 24 yaşı var, iki uşağı var. Hər şey də uşaqların gözü qarşısında baş verib. 3 yaşlı uşaq belə bir hadisəyə şahid olub”.

İlqar deyir ki, onu vuranları tanıyır: “Onları təkcə mən yox, bütün Lökbatan tanıyır. Zaur, Astan və Atəş məni bıçaqlayırdı, adı Tacirə olan qadın isə məni tutmağa çalışırdı ki, qaçmayım. Deyirdim, “məni qan aparır, qoy gedim, amma buraxmırdı ki, öldürə bilsinlər”.

İlqarın sözlərinə görə, 10 saylı Polis Bölməsinin təqdiqatçısı reanimasiyadan çıxan kimi ondan izahat alıb. Lakin onu bu hala salanlar hələ də azadlıqda gəzirlər.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930